Xəbərlər

Seul: Pxenyan ilin sonunda yeni raket buraxılışı həyata keçirə bilər

“Şimali Koreya 2024-cü ilin sonunda hipersəsli orta mənzilli ballistik raket və ya qitələrarası raketini sınaqdan keçirə bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin hesabatına istinadən məlumat yayıb.

“Andiçmə mərasimi də daxil olmaqla, ilin sonunda partiyanın plenar iclasından əvvəl və ya ondan sonra gözlənilmədən orta mənzilli hipersəs raketinin buraxılması ehtimalı var”, – məlumatda bildirilib.