Xəbərlər

Uolts: Birləşmiş Ştatlar kiber sahə doktrinasına yenidən baxmalıdır

“Birləşmiş Ştatlar hücum əməliyyatları ilə bağlı kiberməkan siyasəti ilə bağlı doktrinasına yenidən baxmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə gələcək müşaviri Mayk Uolts mətbuata müsahibəsində deyib.

“Kiberməkan siyasəti ilə bağlı, məncə, biz tamamilə yenidən düşünməliyik. Biz hamımız müdafiədə hər zaman daha yaxşı olmağa çalışmalıyıq”, – o əlavə edib.