Xəbərlər

İran Suriyaya bütün uçuşları dayandırıb

İki ölkə arasında hava nəqliyyatı Dəməşqdə yeni hakimiyyət orqanları ilə razılaşdırılmadığı üçün İran şirkətləri yanvarın 22-dək Suriyaya bütün uçuşları ləğv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatından bildirilib.

“Hazırda yanvarın 22-dək Suriyaya uçuşlar qadağandır, lakin Livanla bağlı heç bir məhdudiyyət yoxdur. Hava hərəkətini bərpa etmək üçün təyinat ölkəsindən icazə almaq lazımdır. Eyni vəziyyət Misirdə də var. İki ölkənin səlahiyyətliləri ortaq nəticəyə gəlməlidir ki, biz İrandan Misirə və əks istiqamətdə uçuşlar həyata keçirə bilək”, – məlumatda bildirilib.