Xəbərlər

Qazaxıstan təyyarə qəzasını araşdırmaq üçün komissiya yaradıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdırmaq üçün komissiyanın yaradılması barədə göstəriş verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Kazinform” agentliyi məlumat yayıb.

Verilən məlumata görə, dövlət komissiyasına Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək.

Tokayev həmçinin zərərçəkənlərə bütün lazımi dəstəyin göstərilməsini tapşırıb.

Qeyd edək ki, bundan əvvəl Respublika Fövqəladə Hallar Nazirliyi Qazaxıstanda təyyarə qəzası nəticəsində 22 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirmişdi.