Xəbərlər

Peru sahillərinin bir hissəsi ekoloji fəlakət zonası elan edilib

Peru hakimiyyəti neft sızması səbəbindən Talara əyalətinin sahil zolağının böyük hissəsini ekoloji fəlakət zonası elan edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi Nazirliyi məlumat yayıb.

Nazirlik Talara əyalətinin bir hissəsində 90 gün müddətinə fövqəladə ekoloji vəziyyət elan edib, təcili və qısamüddətli tədbirlər planına başlanılıb.

Təxminən 10 min kvadratmetr su sahəsi neft sızmasından təsirlənib.

Qeyd edək ki, neft sızması dekabrın 20-də Talara şəhərindəki neft emalı zavodunda baş verib.