İsraillə sərhəd yaxınlığında yerləşən Suriya kəndlərinin sakinləri İsrail dövlətinin hərbçilərinin işğalından hiddətlənib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
“Sərhəd zolağındakı bəzi Suriya kəndləri Ərəb Respublikasında hakimiyyət dəyişikliyindən sonra Suriya ərazisinə daxil olan İsrail qoşunlarına təslim olmaqdan imtina edir. Onların nümayəndələri hakimiyyəti yalnız yeni hökumətin qüvvələrinə keçirəcəklərini bildirirlər. Xüsusən də qarşıdurmalar zamanı azı bir nəfərin öldüyü Maaria kəndində etirazlar başlayıb”, – məlumatda bildirilib.