Xəbərlər

Əfqanıstanla sərhəddə baş verən toqquşmalarda 19 pakistanlı əsgər həlak olub

Pakistan ordusunun iki ölkənin sərhəddə əfqan əsgərlərlə şiddətli toqquşmalarda azı 19 hərbçisi həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sinxua” agentliyi Əfqanıstanın müvəqqəti hökumətinin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Toqquşmalar Əfqanıstanın şərqindəki Xost və Paktiya əyalətləri ilə sərhəddə Pakistanın nəzarət-buraxılış məntəqələri yaxınlığında baş verib. Əfqanıstan sərhədçiləri 2 Pakistan keçid məntəqəsini ələ keçirib, daha bir neçəsini yandırıblar. Pakistan hərbçiləri əfqan sərhədçilərinin mövqelərini minaatanlardan atəşə tutub”, – məlumatda bildirilib.