Ağ Ev yanvarın 9-da Ukraynaya yeni hərbi yardım paketi elan edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Associated Press” iki mənbəyə istinadən məlumat yayıb.
Agentlik qeyd edib ki, rəsmi açıqlama ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Almaniyaya səfəri zamanı baş tutacaq.
“Bu paket Co Bayden administrasiyası üçün sonuncu olacaq. Mənbələr bunun “əhəmiyyətli” olacağını qeyd etsələr də, çətin ki, ABŞ Konqresinin Ukraynaya ayrılması üçün təsdiq etdiyi dörd milyard dolların hamısını əhatə etsin”, – məlumatda qeyd olunub.