“Gürcüstan Ukrayna ssenarisindən qaçmağa müvəffəq oldu, lakin ölkədə sülhün qorunması uğrunda mübarizə davam edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının Siyasi Şurasının bəyanatında bildirilir.
“Gürcüstan böyük səylər və qətiyyətli mübarizə nəticəsində Ukrayna ssenarisindən qaçmağa müvəffəq oldu. Lakin sülh uğrunda mübarizə davam edir və bu mübarizəyə son qoyulmalıdır”, – məlumatda bildirilir.