Türkiyənin xarici işlər naziri Hakan Fidan terror təşkilatı PKK/YPG-yə ultimatum verildiyini və buna uyğun hərəkət etməsələr, lazımi tədbirlərin görüləcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN Türk” məlumat yayıb.
Fidan Əsəd rejiminin terroru aradan qaldırmaq üçün heç bir addım atmaması məsələsinə də toxunub: “Əslində, sonunu məhz o hazırladı. Astana formatı ilə başladığımız prosesi, bunun nəticəsində formalaşan atəşkəs rejimini doğru dəyərləndirmədi. 6-7 il ərzində heç bir müharibə və münaqişənin olmaması və bu dövrdən xalq və şəhərlərin yaralarını sağaltmaq üçün istifadə etməməsi rejimin həm niyyətini, həm də qabiliyyətini göstərən bir vəziyyət idi. Və beləcə Əsəd öz sonunu hazırladı”.