Sərhədlərin delimitasiyası üzrə Azərbaycan və Ermənistan komissiyaları yanvarda müntəzəm görüş keçirəcəklər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.
“Bəli, yanvar ayında qurultay keçirilməsi nəzərdə tutulub. Əminəm ki, 2024-cü ildə əldə edilən müsbət təcrübə inkişaf etdirilməlidir. Biz belə bir işə sadiqik”, – o deyib.