“Türkiyə qonşu Suriyanın ərazi bütövlüyünü dəstəkləyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirdiyi mətbuat konfransında deyib.
“Ankara Suriyanın yenidən qurulması məsələlərində ona dəstək verməyə başlayıb. Türkiyənin xarici siyasətinin əsas prinsipləri sülh, əməkdaşlıq, həmrəylik və firavanlıqdır. Suriya xalqı ölkənin yenidən qurulması sahəsində müxtəlif ciddi problemlərlə üzləşir”, – nazir əlavə edib.