Xəbərlər

BMT: Suriya xalqına keçid dövründə dəstək verməyə hazırıq

Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Bəşər Əsəd rejiminin devrilməsindən sonra keçid prosesində olan Suriyaya çətinliklərlə mübarizədə dəstək verməyə hazır olduqlarını vurğulayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Geir Pedersen Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Suriya toplantısı ilə bağlı yazılı açıqlamasında bildirib.

Səudiyyə Ərəbistanı Xarici işlər naziri Feysəl bin Ferhanın dəvəti ilə Ər-Riyaddakı toplantıya qatıldığını bildirən Pedersen görüşdə Suriya xalqına güclü dəstək mesajını və bu müddət ərzində Suriyadakı müvəqqəti hökumət rəsmilərinə kömək etmək istəklərini alqışladığını da qeyd edib.