Xəbərlər

KİV: İsrail 350 fələstinli həkimi həbsdə saxlayır

“İsrail hakimiyyəti ən azı 350 fələstinli həkimi ittiham etmədən və saxlanma səbəbləri barədə məlumat vermədən həbsdə saxlayır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“Saxlanılan həkim və tibb işçilərinin sayı 350 nəfəri ötüb və onların hamısı işğal rejiminin həbsxanalarında ağır şəraitdən əziyyət çəkir”, – məlumatda bildirilib.

Fələstin anklavının səlahiyyətliləri beynəlxalq ictimaiyyəti, insan haqları institutlarını və BMT-ni həkimləri dərhal azad edib müdafiə etmək üçün İsrailə təzyiq göstərməyə çağırıb.