Suriyadakı yeni administrasiyanın lideri Əhməd əl-Şara Əsəd rejiminin devrilməsi ilə ölkəyə dönüşün sürətlənəcəyinə diqqət çəkərək, 2 il ərzində 14 milyon suriyalının ölkələrinə dönəcəyinə əmin olduğunu deyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Suriya mətbuatı məlumat yayıb.
Əhməd əl-Şara 61 illik Baas rejiminin devrilməsindən sonra məcburi köçkünlərin və ölkəni tərk etmək məcburiyyətində qalan suriyalıların öz torpaqlarına qayıtmağa başladığını bildirib.
Ölkəyə qayıdanların sayının artacağına diqqət çəkən əl-Şara əlavə edib: “2 il ərzində 14 milyon suriyalının ölkələrinə dönəcəyinə əminəm. Yalnız 1 və ya 1,5 milyon surriyalı xaricdə qalacaq”.