Xəbərlər

Finlandiya NATO-nun Baltik dənizindəki varlığını artıracaq

“Şimali Atlantika Alyansı (NATO) mühüm infrastrukturun mühafizəsini təmin etmək üçün Baltik dənizində mövcudluğunu artıracaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Finlandiya prezidenti Aleksandr Stubb NATO-nun baş katibi Mark Rutte və Estoniyanın Baş naziri Kristen Mixal ilə birgə mətbuat konfransında deyib.

“Biz Baltik dənizində NATO-nun mövcudluğunu artıracağıq. Baltik dənizindəki kritik infrastrukturun təhlükəsizliyini təmin etmək üçün qətiyyətlə hərəkət etməyə davam edəcəyik. Bunun üçün alyans ölkələrinin bütün imkanları və vasitələri var”, – məlumatda bildirilib.