Hüquq-mühafizə orqanları Koreya Respublikasının prezidenti Yun Sek Yeolu “ölkə daxilində fitnə-fəsad törətməkdə” ittiham edərək həbs ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.
“Yerli vaxtla saat 10:33-də (Bakı vaxtı ilə 03:33) prezident Yun Sek Yeolun həbsinə dair order icra edilib”, – məlumatda bildirilib.