“Tehranın nüvə silahı yaratmaq məqsədi yoxdur”.
“Füyuzat”ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına müsahibəsində deyib.
“Biz nüvə silahı yaratmağa çalışmırıq. Lakin bizi bu silahı hazırlamaqda ittiham edirlər. bu da onların bəhanə uydurmağa çalışdıqları yeni sxemdir”, – prezident əlavə edib.