“İran hərbi münaqişəyə can atmır, lakin ərazisinə ABŞ və ya İsrail tərəfindən hücum edilərsə, buna qarşı cavab verəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına müsahibəsində deyib.
“Biz istənilən hərəkətə cavab verəcəyik. Müharibədən qorxmuruq. Mən həqiqətən ümid edirəm ki, bu hücum baş verməyəcək, çünki bu, təkcə bizə deyil, münaqişənin bütün iştirakçılarına ziyan vuracaq”, – prezident vurğulayıb.