“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qəti şəkildə əmindir ki, Vaşinqton Çinlə münaqişədən qaça biləcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Trampın milli təhlükəsizlik üzrə gələcək köməkçisi Mayk Uolts deyib.
“ABŞ və Çin arasında münasibətlərdə çoxlu sayda problemlər var.
Amma bizi həqiqətən ruhlandıran odur ki, Donald Tramp Çin Kommunist Partiyası ilə münaqişədən qaça biləcəyimizə qəti şəkildə inanır, çünki onların bizim bazarlarımıza ehtiyacı var. Biz bacardığımız qədər əlimizdə olan fürsətlərdən istifadə edəcəyik”, – o qeyd edib.