“Ukrayna prezidenti Volodimir Zelenski danışıqlar masası arxasına keçərsə, güclü mövqedən çıxış etməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Ukraynaya məsələsinə gəlincə, biz dəfələrlə demişik ki, bu müharibənin bitməsinin tərafdarıyıq. Amma buna baxmayaraq biz Zelenskini və Ukrayna xalqını danışıqlara məcbur etməyəcəyik. Zelenskinin danışıqlar masasına oturmağa hazır olmasını və bu zaman güclü mövqedən çıxış etməsini istəyirik”, – Kirbi qeyd edib.