“İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq Sazişi hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur”.
“Füyuzat”ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Bu, ikitərəfli münasibətlərin bütün aspektlərini əhatə edən, iqtisadiyyata və ticarətə xüsusi diqqət ayıran hərtərəfli sazişdir.
Saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı ehtiva edir, lakin ordunun yaradılması məqsədini güdmür. Saziş üçüncü ölkələrə qarşı yönəlməyib”, – nazir əlavə edib.