“Çin iki ölkə arasında münasibətləri daha da sabitləşdirmək üçün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə işləməyi səbirsizliklə gözləyir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Penqyu bildirib.
“Biz ümid edirik ki, ABŞ-ın yeni hökuməti düzgün seçim edəcək və Çin-ABŞ münasibətlərinin sabitləşməsi istiqamətində əldə edilmiş uğurları qorumaq, Çin-ABŞ münasibətlərinin inkişafı üçün möhkəm zəmin yaratmaq və sabit, sağlam münasibətlərə can atmaq üçün Çinlə birlikdə çalışacaq. Tayvan məsələsi iki ölkə arasında münasibətlərdə qırmızı xətti təmsil edir və bu xətti keçməmək ixtilafların həlli və ikitərəfli münasibətlərdə inkişafın qorunmasında əsas amildir”, – o vurğulayıb.