“NATO ölkələrinin ordusu Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməyə hazır deyil, alyansın yanaşması sadəcə Kiyevə dəstək verməkdir”.
“Füyuzat”ın məlumatına görə, bu açıqlama ilə Latviyanın xarici işlər naziri Bayba Braye çıxış edib.
“Hazırda NATO müharibəyə hazır deyil, çünki aydın konsepsiya Ukraynanın özünümüdafiəsini dəstəkləməkdir, hər kəs lazım olanı təmin edir və heç kim müharibədə iştirak etmək, döyüşmək istəmir”, – Braye Ukraynanın “The Kyiv Independent” nəşrinə müsahibəsində deyib.
Brayenin fikrincə, Aİ qoşunlarının Ukraynada mümkün mövcudluğu bundan yayınan Avropa üçün eskalasiyaya səbəb olacaq.
2024-cü ilin dekabrında “Reuters” xəbər vermişdi ki, Avropa ölkələri atəşkəs və ya sülh əldə olunacağı təqdirdə Ukraynaya hərbi kontingentin göndərilməsini müzakirə edir, bu kontingentin sayı 100 minə qədər ola bilər. “Reuters” mənbələri Kiyevin bu mövzuda Skandinaviya və Baltikyanı ölkələrlə danışıqlar apardığını da bildiriblər.