Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla, daxili və sərhədyanı əməliyyatlarla 62 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
“Füyuzat”ın məlumatına görə bu barədə Milli Müdafiə Nazirliyində təşkil olunan mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri terroru mənbəyində məhv etmək strategiyası çərçivəsində davamlı və hərtərəfli əməliyyatlar həyata keçirməyə davam edir.
Son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla 62 terrorçunun zərərsizləşdirildiyi açıqlanıb.
Məlumata görə, 2024-cü ilin əvvəlindən zərərsizləşdirilən terrorçuların sayı 3 min 226-ya yüksəlib.