Xəbərlər

Bayden: ABŞ qanunu pozan prezidentləri cəzalandırmaq üçün konstitusiyanı dəyişməlidir

Vaşinqton administrasiyasının rəhbəri Co Bayden hesab edir ki, Birləşmiş Ştatlar öz konstitusiyasında dəyişiklik edərək qanunu pozan prezidentləri və keçmiş dövlət başçılarını cəzalandırmalıdır.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

“Biz Konstitusiyaya dəyişiklik etməliyik. Ona görə ki, hər hansı prezident vəzifədə olarkən törətdiyi cinayətlərdən sığortalanmamalıdır”, – deyə Bayden çərşənbə günü axşam televiziya vasitəsilə həmvətənlərinə vida müraciətində deyib.

Hazırkı Amerika liderinin sözlərinə görə, Birləşmiş Ştatlarda prezident hakimiyyəti “mütləq deyil, olmamalıdır”.