ABŞ prezidenti Donald Tramp misirli həmkarı Əbdülfəttah əs-Sisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla görüşmək niyyətindədir.
“Füyuzat”ın məlumatına görə, bu barədə Amerika lideri özü açıqlama verib.
Tramp Luiziana ştatına uçarkən təyyarəsində jurnalistin sualını cavablandırıb: “Yeri gəlmişkən, mən Sisi və Salmanla bir neçə dəfə görüşəcəyəm”.
Amerika lideri bu görüşlərin nə vaxt və harada keçirilə biləcəyini açıqlamayıb.



