ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, bu həftə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıq apara bilər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Ev məlumat yayıb.
Ağ Evdəki jurnalistlər Amerika liderindən bu həftə Zelenski ilə söhbət etmək niyyətində olub-olmadığını soruşublar. “Bəli, bəlkə də”, – deyə Tramp cavab verib.
Bunun telefon danışığı olub-olmayacağı ilə bağlı dəqiqləşdirici suala cavab verməyib.
Qeyd edək ki, daha əvvəl Tramp bildirmişdi ki, o, bu həftə Zelenski ilə Vaşinqtonda görüşə bilər.



