Xəbərlər

KİV: İlk 30 yanacaq tankeri Qəzzada elektrik stansiyasına gətirilib

Qəzza zolağının mərkəzini enerji ilə təmin edən elektrik stansiyasına ilk 30 yanacaq tankeri gətirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin yenidən şiddətlənməsindən sonra ilk dəfə yanacaqla təchiz olunmuş avtomobillər Qəzza zolağının mərkəzi hissəsindəki elektrik stansiyasına gətirilib. Stansiya bütün hərbi qarşıdurma boyu fəaliyyət göstərməyib, lakin ən qısa müddətdə istifadəyə verilə bilər”, – məlumatda bildirilib.