Xəbərlər

Tusk: Rusiya və Ukrayna sülh danışıqlarına başlamalıdır

Polşanın Baş naziri Donald Tusk Avropa liderlərinin Parisdə fövqəladə görüşündən sonra Ukraynadakı münaqişəyə son qoymaq üçün Moskva və Kiyev tərəfindən danışıqların aparılmalı olunduğunu və Avropanın sülh prosesini dəstəkləməyə hazır olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tusk mətbuat konfransında deyib.

“Biz bilməliyik ki, bu danışıqlar real nəticələr vermək üçün Rusiya və Ukrayna arasında aparılmalıdır. Məlumdur ki, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə ABŞ-ın mövqeyi aparıcı olacaq”, – Tusk bildirib.