Liviya Prezidentlik Şurası 2026-cı ildə keçiriləcək Türkiyə-Afrika Tərəfdaşlıq Sammitinə Liviyanın ev sahibliyi edəcəyini açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Liviya Prezident Şurasından verilən yazılı açıqlamada bildirilib.
“15-16 fevral 2025-ci il tarixlərində Əddis-Əbəbədə keçirilən 38-ci Afrika Birliyi Zirvə toplantısında 2026-cı ildə keçirilməsi planlaşdırılan Afrika-Türkiyə Zirvə toplantısına Liviyanın ev sahibliyi etməsi qərara alınıb”, – məlumatda bildirilib.



