Xəbərlər

Birol Akgün: “Hər an, hər zaman Azərbaycanın yanındayıq” 

“Tarixi Şuşa Bəyannaməsindən aldığımız güclə hər cür əngəlin öhdəsindən gələcəyik. Regionda təmin edilməli olan sülh və əməkdaşlıq mühiti ümumən hamının maraq dairəsində olmalıdır.”

“Füyuzat”ın “Respublika”ya istinadən məlumatına görə, bu sözləri Türkiyə Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Xəzər universitetinin Neftçilər korpusunda “Texnologiyanın geosiyasəti” adlı simpoziumda çıxışı zamanı bildirib.

Səfir qeyd edib ki, 44 günlük Vətən müharibəsində Türkiyənin texnoloji dəstəyi torpaqların azad olunmasına əsaslı töhfə verib: “Müdafiə sənayesində məhz bu iki ölkə daha da güclü əməkdaşlıqlar quracaq. Bakı-Tiflis-Ceyhan kimi enerji kəmərləri vasitəsilə bu sahədə də əməkdaşlığımız daha da güclənir. Qeyd edim ki, gün keçdikcə tərəqqi edən texnologiya ilə əlaqəli olaraq sözügedən münasibətlərin daha fərqli sahələrdə güclənməsi üçün çalışırıq”.