Xəbərlər

Tesla Hindistanda fəaliyyətə başlayır

Elektrikli avtomobil istehsalçısı Tesla şirkətin baş direktoru İlon Maskın Hindistanın Baş naziri Narendra Modi ilə Vaşinqtonda keçirdiyi son görüşdən sonra şirkət Hindistanda əməkdaşların işə götürülməsinə başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə şirkət Linkedin sosial şəbəkəsində məlumat yayıb.

Tesla-nın səhifəsində yerləşdirilən elanlara əsasən, şirkət məsləhətçilər, operatorlar və müştəri xidmətləri üzrə mütəxəssislər daxil olmaqla 13 vəzifəyə namizəd axtarır. Beş vakansiya Mumbay şəhəri üçün, qalanları isə Yeni Dehli üçün elan edilib.