HƏMAS hərəkatı İsrailin 600 fələstinli məhbusu təhvil verdiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə hərəkat öz teleqram kanalında bəyanat yayıb.
“Xalqımız 600 qəhrəman məhbusunu salamlayır. İşğalçıların Qəzza razılaşmasından yayınmasının qarşısını almaq üçün düşmən girovlarının cəsədlərinin təhvil verilməsi prosesini qəhrəman əsirlərimizin azad edilməsi ilə sinxronlaşdırdıq. Biz sazişin ikinci mərhələsi ilə bağlı danışıqlara başlamağa hazır olduğumuzu təsdiqləyirik və bir daha bildiririk ki, Qəzza zolağında bütün girovları azad etməyin yeganə yolu danışıqlar aparmaq və razılaşmalara əməl etməkdir”, – bəyənatda bildirilib.



