Xəbərlər

Çin XİN: ABŞ-ın Çin və Rusiya arasında münasibətlərə zərbə vurmaq cəhdləri uğursuzdur

“ABŞ administrasiyasının Çinin Rusiya Federasiyası ilə münasibətlərinə zərbə vurmaq cəhdləri tamamilə uğursuzdur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian brifinqdə ABŞ dövlət katibi Marko Rubionun bəyanatlarını şərh edərkən vurğulayıb.

“Çin və Rusiya münasibətləri beynəlxalq vəziyyətdəki böyük dəyişikliklərdən asılı olmayaraq, sakit tərzdə tərəqqi nümayiş etdirəcək. ABŞ-ın bu münasibətlərə zərbə vurmaq cəhdləri tamamilə uğursuzdur”, – o qeyd edib.