Xəbərlər

Şimali Koreya təlimlər keçirib

Şimali Koreya fevralın 26-da nüvə təhlükəsinin qarşısının alınması imkanlarının nümayişi çərçivəsində Sarı dənizdə strateji qanadlı raketlərin təlimini keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“Təlimlərin məqsədi Koreya Xalq Ordusunun istənilən məkanda əks-hücum həyata keçirmək qabiliyyətini və ölkə ətrafında təhlükəsizlik vəziyyətini pozan düşmənlərə qarşı nüvə silahının döyüş hazırlığını nümayiş etdirməkdir. Bu buraxılışla Pxenyan nüvə çəkindirici qüvvələrin etibarlılığını və strateji qanadlı raket bölməsinin gözlənilməz döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olduğunu nümayiş etdirdi”, – məlumatda bildirilib.