Xəbərlər

Orban: Ukraynanın Aİ-yə daxil olmasını ağlasığmazdır

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın indiki situasiyada Avropa İttifaqına (Aİ) daxil olmasının qəti əleyhinədir, lakin bunun gələcəkdə baş verə biləcəyini bildirib.

“Füyuzat”ın məlumatına görə, Orban bu barədə “Kossuth” radiostansiyasının səhər proqramında danışıb.

Aparıcının suallarını cavablandıran Macarıstan hökumətinin başçısı bildirib ki, hazırda Ukraynanın Aİ-yə daxil olması onun ölkəsinin maraqlarına tamamilə ziddir.

Orban vurğulayıb ki, o, Ukraynanın icmaya qəbul edilməsinə “açıq şəkildə etiraz edir”. Eyni zamanda, o, bu vəziyyətin “əbədi davam edəcəyini” iddia etməyib.

“Tarixin nə gətirəcəyini kim bilir?! Heç kim bilə bilməz, ancaq bir şeyi dəqiq deyə bilərəm: bu situasiyada və indi bu, ağlasığmazdır”, – Baş nazir bildirib.

Onun fikrincə, Ukraynanın Aİ-yə daxil olması “ilk növbədə macar fermerlərinin və bütövlükdə Macarıstanın kənd təsərrüfatının məhvinə gətirib çıxaracaq və bu, bütün Macarıstanın milli iqtisadiyyatını məhv edəcək”.

“Mən Macarıstanın maraqları baxımından Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyəcək bir söz deyə bilmərəm və hazırda onun üzvlüyünə qarşı çıxış edən çoxlu arqumentlər gətirə bilərəm”, – Orban qeyd edib.