Xəbərlər

Səudiyyə Ərəbistanı Qəzzaya yardımın dayandırılmasını pisləyib

Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağına humanitar yardımın nəqlini dayandırmaq qərarını pisləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə krallığın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Səudiyyə Ərəbistanı Krallığı işğalçı İsrail hökumətinin Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırmaq qərarını pisləyir. Bu qardaş Fələstin xalqının üzləşdiyi humanitar fəlakət fonunda beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, – məlumatda bildirilib.