Xəbərlər

İranda 5,1 bal gücündə zəlzələ olub

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin İranşəhr şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzindən bildirilib.

Yerin 28 kilometr dərinliyində baş verən zəlzələdə tələfatın olub-olmaması ilə bağlı hələlik açıqlama verilməyib.