Xəbərlər

Makron: Rusiyanın Ukraynanı demilitarizasiya tələbi qəbuledilməzdir

Fransa prezidenti Emmanuel Makron Rusiyanın demilitarizasiya və sülhün bağlanması üçün Ukraynaya neytral statusun verilməsi tələblərini qəbuledilməz hesab etdiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa prezidenti özü bildirib.

“Rusiya 2022-ci ildə İstanbulda keçirilən danışıqlarda öz istəklərini açıq şəkildə ifadə edib və bəzi funksionerlər də bunu təkrarlayıb. Rusların neytral ölkə kimi görmək istədiyi Ukraynanın demilitarizasiyası onun ordusunun kifayət qədər azaldılması deməkdir. Aydındır ki, bu şərtlər bizim üçün qeyri-məqbuldur. Bu şərtlər 2014-cü ildəki şərtlərdən də pisdir”, – Makron qeyd edib.