“Rusiya və ABŞ Suriyanın qərbində yaşananlarla bağlı BMT Təhlükəsizlik Şurasında (TŞ) təcili qapalı məsləhətləşmələr tələb ediblər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski öz teleqram kanalında yazıb.
“Biz gözləyirik ki, Danimarkanın sədrlik etdiyi hazırkı Şura məsləhətləşmələri martın 10-da Nyu-York vaxtı ilə saat 10:00-a (Bakı vaxtı ilə 18:00) təyin edəcək”, – Polyanski qeyd edib.



