ABŞ-da baş verən qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
“Biz bir çox ştata zərər vuran şiddətli tornadoları və tufanları fəal şəkildə izləyirik. Təbii fəlakət nəticəsində 36 günahsız insan həlak olub. ABŞ Milli Qvardiya bölmələri dağıntıların öhdəsindən gəlmək və yerli hakimiyyət orqanlarına yardım göstərmək üçün Arkanzasada yerləşdirilib”, – prezident qeyd edib.



