Skandinaviya və Baltikyanı ölkələr Macarıstanla fikir ayrılıqları fonunda Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasını sürətləndirmək üçün yol xəritəsi hazırlamağa çağırıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Verilən məlumata görə, təklif Danimarka, Finlandiya və İsveç, eləcə də Latviya, Litva və Estoniyanın yüksək rütbəli diplomatları tərəfindən hazırlanıb və onlar Brüsseli “Ukraynanın Aİ-yə daxil olması prosesini əhəmiyyətli dərəcədə sürətləndirməyə dair konkret təkliflər” hazırlamağa çağırıblar.
“Ukraynanın Aİ-yə üzvlük prosesinə tam və qeyd-şərtsiz sadiqliyimizi təsdiq etməklə yanaşı, biz üzvlük prosesinin sürətləndirilməsinə çağırırıq”, – təklifdə qeyd olunub.



