Xəbərlər

Türkiyədə bir neçə sosial şəbəkəyə giriş məhdudlaşdırılıb

Türkiyə müxalifətçi İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra bir neçə sosial media platformasına girişi məhdudlaşdırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “NetBlocks” beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.

Qeyd edilib ki, “YouTube” video platforması, “X”, “TikTok” sosial şəbəkələri, eləcə də “Instagram”ın fəaliyyətində məhdudiyyətlərlə üzləşilib.

Hələlik əlavə məlumat verilməyib.