Xəbərlər

Tramp: ABŞ Rusiya ilə daha yaxşı münasibətlər qurmaq istəyir

ABŞ prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istədiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp “Fox News”a müsahibəsində deyib.

Trampdan çərşənbə axşamı Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra Ağ Evin hər iki tərəfin münasibətləri yaxşılaşdırmağa çalışdığını göstərən bəyanatını şərh etməsi istənilib. Tramp cavabında bildirib ki, bu istiqamətdəki addımlar doğru qərardır.