Xəbərlər

Metsola ABŞ-la fikir ayrılıqları fonunda Aİ-nin genişlənməsinə çağırıb

“ABŞ-la münasibətlərdə artan gərginlik fonunda Avropa İttifaqı (Aİ) genişlənməli, o cümlədən Ukrayna, Moldova və Qərbi Balkan ölkələri ittifaqa qəbul edilməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Avropa Parlamentinin sədri Roberta Metsola bildirib.

Onun sözlərinə görə, “ABŞ-ın dünya səhnəsinə təsiri azaldığından” Aİ vaxtdan istifadə edib genişlənməlidir.

Metsola icmanın mümkün genişlənməsini “geosiyasi zərurət” adlandırıb və xəbərdarlıq edib ki, Aİ Ukrayna, Moldova və Qərbi Balkan ölkələrini inteqrasiya edə bilməsə, “boşluğu başqaları dolduracaq”.