“ABŞ qiymətli iqtisadi resursları olan Rusiya ilə əlaqələr qurmalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Biz Rusiya ilə iş görməliyik. Onlar dünyanın ən böyük quru ərazisinə malikdirlər, hətta Çindən də böyükdür. Onların 11 saat qurşağı var. Siz ölkənin bir küncündən digərinə 11 saat qurşağı ilə uça bilərsiniz. Onların torpaqları qiymətli resurslarla zəngindir”, – prezident qeyd edib.



