“ABŞ prezidenti Donald Trampın təhdidləri və maksimum təzyiq siyasəti nəticəsində Tehran və Vaşinqton arasında birbaşa dialoq imkanı olmadığı üçün İran ABŞ-la dolayı danışıqlara hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.
“Bu məsələdə mövqeyimiz tamamilə aydındır. İran maksimum təzyiq siyasəti altında, qarşı tərəfin İrana və İran xalqına münasibətində dəyişiklik olmayana qədər ABŞ ilə birbaşa danışıqlara getməyəcək. Hər gün səslənən ittihamları nəzərə alaraq, Amerika tərəfi ilə birbaşa danışıqlara getməyəcəyik”, – Əraqçi bildirib.
Onun sözlərinə görə, rəsmi Tehranın əsas vəzifəsi ölkəsinin və xalqının maraqlarını müdafiə etməkdir və hakimiyyət bunu yerinə yetirmək üçün heç bir fürsəti əldən verməyəcək.



