Xəbərlər

Qəzza: Döyüşlərin bərbasından bəri Anklavda 700-dən çox insan ölüb

Martın 18-də Qəzza zolağında döyüşlərin bərpasından bu yana 730 fələstinli ölüb, 1400-ə yaxın fələstinli yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə anklavın Səhiyyə Nazirliyi öz teleqram kanalında məlumat yayıb.

“2025-ci il martın 18-dən Qəzzada ölənlərin sayı 730-a çatıb, 1367 nəfər yaralanıb. Son 24 saat ərzində 61 ölü və 134 yaralı xəstəxanalara yerləşdirilib”, – hesabatda deyilir.