Xəbərlər

NATO-nun son illərin ən böyük dəniz təlimi keçirilir

NATO-nun son illərin ən böyük dəniz təlimi keçirilir. Təlimdə Türkiyə, İspaniya, Almaniya, Xorvatiya, ABŞ, Fransa, Yunanıstan, Portuqaliya və İtaliyadan 4 minə yaxın əsgər, 30 hərbi gəmi, 2 sualtı qayıq, amfibiya birlikləri və təyyarələri iştirak edir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, NATO-nun Kadiz körfəzində bu gün başlayan “Dynamic Mariner/Flotex 25” təlimi aprelin 4-dək davam edəcək.

Təlimə ev sahibliyi edən İspaniya Müdafiə Nazirliyindən verilən açıqlamada, təlimdə pilotsuz nəqliyyat vasitələri kimi yeni texnologiyaların dəniz əməliyyatlarına inteqrasiyasının sınaqdan keçiriləcəyi, NATO-ya qarşı orta və yüksək intensivlikli ssenaridə dəniz gücünün layihələndirilməsi və dəniz nəzarətinin həyata keçirilməsi imkanlarının həyata keçiriləcəyi bildirilib.